“Sabah əsas məqsədimiz yaxşı komanda olduğumuzu göstərmək olacaq” – Lixtenşteynin baş məşqçisi

30.09.2026 16:54 162
Ölkə futbolu / Manşet
Sabah milli komandamız Lixteynşteynlə qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, bu gün rəqibin baş məşqçisi Konrad Fünfştük mətbuat konfransı keçirib.

- Bazar günü Maltaya qarşı oyun keçirmişik. Bunun üzərindən üç gün keçib. Sabahkı oyunu səbirsizliklə gözləyirik. Matça effektiv şəkildə hazırlaşmağa çalışmışıq.

- Azərbaycanın Litvaya qarşı son matçını izlədizmi? Oyunla bağlı düşüncələriniz nələrdi?
- Azərbaycanın son oyununu izləmişik. Onlar favorit hesab olunur. Amma biz də bura əlimizdən gələni etməyə gəlmişik.

- Komandada itkilər varmı?
- Heç bir itkimiz yoxdu.

- 25 il əvvəl komandada santexnik, fəhlə va başqa peşə sahibləri çıxış edirdi. İndiki Lixteynşteyni daha peşəkar hesab etmək olar?
- 25 il öncə ilə indiki durumumuz təxminən eynidi. Futbolçularımızın əksərtiyyəti ayrı peşəyə sahibdi. Rəqibimiz peşəkardı. Ehtiyat oyunçular skamyasında belə ÇL təcrübəsi olan futbolçular var. Bizim ehtiyat futbolçularımız da hansısa peşələrdə çalışır.

- Komanda son 18 matçda cəmi bir qələbə qazanıb. Bu natçda nələri dəyişməyə çalışacaqsız?
- Oyunla bağlı onu deyə bilərəmki, biz kiçik ölkəyik, 40 min əhalimiz var. Azərbaycan favoritdii. Biz hər oyunda əlimizdən gələni etməyə fokuslanırıq. Sabah əsas məqsədimiz yaxşı komanda olduğumuzu göstərmək olacaq.

İSRAYIL XEYRULLAYEV