Estoniya yığması Millətlər Liqasının 5-ci turu çərçivəsində Qəbələdə keçirilən matçda heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Yurgen Henn oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azərbaycanla hər iki oyunu nəzərə alsaq, komandanız millimizi nədə üstələdi?
- Bu, sualın cavabına hansı perspektivdən baxmağımızdan asılıdı. Nəticədə baxımından biz güclü olduq. Amma oyun epizodlarına əsasən bərabər idik. Bu gün parlaq oyun göstərə bilmədik.
- Gənc məşqçisiz. Qarşınızdakı hədəflər nədi?
- Təbii ki, şəxsi ambisiyaların var. Amma kökləndiyim iş milli komandanın gələcəyidi. Baş məşqçi kimi uğur qazanmaq istəyirəm.
- Bir xalı üç xal kimi dəyərləndirmək mümkündümü?
- Turnir cədvəlinə görə belə demək olar. Önəmli olan nəticədi. Əlverişli vəziyyətdəyik.
- Matç Bakıda, yəni paytaxtda keçirilmədi. Qəbələ şəhəri və stadionu haqda fikirləriniz necədi?
- Çox bəxtəvərsiz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan idman qurğuları azdı. Burda bizə qonaqpərvərlik göstərdilər. Hər şey yaxşı idi. Qayğınız üçün təşəkkür edirəm.
KƏNAN BAHADIR
“Parlaq oyun göstərə bilmədik" - Henn Azərbaycan xalqına "çox bəxtəvərsiz" dedi
Yığma / Manşet





