“Borussiya”da baş məşqçi problemi yoluna qoyulub.
"Football-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Aleksander Blessin çalışdıracaq. 53 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. Münhenqladbax klubu sentyabrın ortalarında Oyqen Polyanski ilə yolları ayırıb. Buna komandanın bundesliqanın ilk 3 turunda keçirdiyi bütün oyunlarda məğlub olması səbəb olub.
Blessinin məşqçilik karyerasında “Leyptsiq”, İtaliyanın “Cenoa”, Belçikanın “Yunion” və “Oostende”, həmçinin Almaniyanın “Sankt Pauli” klublarında çalışıb. Onun yeni komandası 4 turdan sonra bundesliqanın turnir cədvəlində xalsız halda 18-ci yeri tutur.
Blessin üçün çətin missiya
Dünya futbolu





