“Leyptsiq”də baş məşqçi dəyişikliyi zəruri sayılıb.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubu Münhenqladbax “Borussiya”sına 0:1 hesablı məğlubiyyətdən sonra Marko Roze ilə yolları ayırıb. 48 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də istefaya göndərilib.
Roze “Leyptsiq”i 2022-ci ilin sentyabrından çalışdırırdı. Komanda onun rəhbərliyi altında Almaniya kuboku və superkubokunu qazanıb. “Leyptsiq” hazırda bundesliqanın 27 turundan sonra 42 xalla 6-cı yerdədi.