“Mahir karyerasında geri addım atdı” – menecer onun “Kayzerslautern”ə keçidini qınadı

27.06.2025 00:12 238
Aktual / Ölkə futbolu
Mahir Emrelinin yeni mövsümdə Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern”i seçdiyi bəllidi.

Klub onunla 3 illik müqavilə imzalayıb. Keçidin həm bu komandanın azarkeşləri, həm də futbol ictimaiyyəti tərəfindən maraqla, sevinclə qarşılandığından xəbərdarsız. Ancaq bundan məmnun qalmayan biri var. Söhbət menecer Kamran Şahverdiyevdən gedir. O, “facebook” sosial şəbəkə hesabında mövzuyla bağlı bu sözləri yazıb:
“Üç ay medianı “Sankt Pauli”, “bundesliqa”, Belçikanın TOP-5 klublarıyla məşğul etdikdən sonra 2-ci bundesliqanın “Nürnberq”dən aşağı səviyyədə olan komandasıyla müqavilə imzalamaq hardan baxsan, kral hərəkətdi”.
Bəs onu bu qənaətə gətirən hansı səbəblərdi? Kamran bəy “Football-plus.az”a cavabı:
“Düşünürəm ki, Mahir karyerasında geri addım atdı. Çünki “Nürnberq”in səviyyəsi daha yüksəkdi və azı 1-ci bundesliqaya yüksəlmək uğrunda mübarizə aparır. “Kayzerslautern” isə uzun illərdi hansısa uğur qazanmaq üçün səy göstərmir. 2-ci bundesliqanın ortabab komandalarından birinə çevrilib. Mahir TOP-5 liqalardan birində oynamaq istəyirsə, azı bir ilini 2-ci bundesliqanın ortabab komandasında keçirməli deyil. Gələn il 29 yaşı olacaq. Onda hansı 1-ci bundesliqa klubu Mahirə ehtiyac duyacaq?”
KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul