“Rakuv” Polşa çempionatında autsayderlərdən olsa da, Mahir Emreli bu komandanın heyətində inamlı oyunu ilə seçilir. Odu ki, adı çəkilən klub həmvətənimizin birdəfəlik transferi ilə bağlı "Kayzerslautern"lə danışığa başlayıb.
Mahirin hansı qərarı verəcəyi hələ ki dəqiq deyil. Amma “Rakuv” israr edərsə, onun yeni mövsümə də Polşada başlayacağı istisna olunmur.
Mahirin “Rakuv”la icarə müqaviləsinin müddəti gələn il iyunun 30-na qədərdi. O, 2028-ci il iyunun 30-na qədər isə “Kayzerslautern”ə məxsusdu.
Bu arada Mahir Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsinin rəmzi komandasına daxil edilib. “WhoScored” portalının futbolçuların reytinqi əsasında hazırladığı rəmzi heyətdə o, 7,84 balla yer alıb. Azərbaycanlı hücumçu ilə yanaşı, Harri Keyn (7,88), Kevin De Brüyne (7,87), Lamin Yamal (7,83), Cud Bellingem (7,82), Maykl Olise (7,80), Lüis Holl (7,74), Senne Lammens (7,66), Elseyd Hüseyn (7,65), Dara O’Şi (7,44) və Maksim Paskotsi (7,42) də rəmzi komandaya salınıb.
Mahir qalır, yoxsa gedir?
Dünya futbolu





