"Barselona" Bakıdadı

23.11.2026 21:37 0
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Sabah”ın qonağı olacaq “Barselona” komandası Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, İspaniya təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Xatırladaq ki, "Barselona”nın ulduz hücumçusu Lamin Yamal yüngül zədə səbəbindən "Sabah"la oyunu buraxacaq.

“Sabah” - “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21.45-də başlayacaq.