Dilinin bəlasına düşdü

26.03.2026 23:59 11
Dünya futbolu
Aleksander Blessin dilinin bəlasına düşüb.

"Football-plus.az" xəbər verir ki, “Sankt Pauli”nin baş məşqçisi Almaniya Futbol Federasiyasının qərarına əsasən, hakim Florian Badştübneri tənqid etdiyinə görə 10 min avro cərimə olunub.

52 yaşlı mütəxəssis DAZN telekanalına müsahibəsində “Frayburq”a 1:2 hesablı məğlubiyyətdən sonra hakimin qərəzsizliyini şübhə altına alacaq fikirlər səsləndirib. Belə ki, Blessin komandasının 12 nəfərə qarşı mübarizə apardığını deyib.

Blessin bu sözləri emosiyalar fonunda dediyini bildirərək peşman olduğunu açıqlasa da, qərar olduğu kimi saxlanılıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul