"Leyptsiq"in yeni baş məşqçisi məlum oldu

8.09.2022 12:08 346
Dünya futbolu
Almaniyanın "Leyptsiq" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisini Marko Rouz çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son iş yeri Dortmund "Borussiya"sı olan Marko Rouz "Leyptsiq"in baş məşqçisi postunda dünən istefaya göndərilən Domeniko Tedeskonu əvəz edib.