“Lənkəran” AFFA-dan sentyabrın 30-na kimi vaxt istədi

25.09.2026 22:05 630
Ölkə futbolu
Daha öncə xəbər verdiyimiz kimi daha bir bölgə təmsilçisi maliyyə problemindən əziyyət çəkir. Region Liqasında üç il çıxış etmiş “Lənkəran”ın yeni mövsümdə olub-olmayacağı bilinmir. Klub prezidenti Rəhman Abbasov bizə verdiyi açıqlamada sentyabrın 18-dək vaxtı olduğunu bildirmişdi. Həmçinin AFFA bir neçə gün əvvəl yaydığı xəbərdə Region Liqasında struktur dəyişikliyi olacağını elan etmişdi.

Bəs növbəti mövsümdə həvəskar liqada neçə komanda iştirak edəcək? Strukturda hansı dəyişikliklər ediləcək? “Lənkəran” komandasının taleyinə aydınlıq gəlib?

“Football-plus.az” bu suallara qurumun aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs Kənan Səfərəliyevdən cavab tapdı:

“Bu mövsüm, ümumiyyətlə, çox fərq olacaq. Bu “futbol ili”ndə daha bir bölgə əlavə edildi, say 8-ə çatdırıldı. Yeni komandalar da olduğu üçün qeydiyyat prosesini bir qədər uzatmalı olduq. “Lənkəran”ın prezidenti bizə müraciət edərək sentyabrın 30-na qədər vaxt istəyib”.

İSRAYIL XEYRULLAYEV