Endrik növbəti dəfə sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Real” braziliyalı hücumçunun zədələndiyini açıqlayıb. İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, futbolçunun sol bud əzələsində zədə aşkarlanıb. Endrikin bu səbəbdən üç həftə oynaya bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, o, mövsümə hazırlıq zamanı aldığı zədə səbəbindən bir aydan çox yaşıl meydanlardan kənarda qalmış, bu səbəbdən mövsümün əvvəlində komandaya kömək edə bilməmişdi.
Braziliyalı hücumçu cari mövsümdə klub səviyyəsində ümumilikdə 141 dəqiqə meydanda olub, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
O, “Real”ın neçə oyununu buraxacaq?
Dünya futbolu





