“Lənkəran”ın prezidenti tapıldı və danışdı

24.09.2023 14:21 812
Ölkə futbolu / Manşet
Region Liqasında mübarizə aparacaq daha bir klubun adına aydınlıq gəldi.

"Football-plus.az" xəbər verir ki, bu, Lənkəran şəhərinin eyniadlı təmsilçisidi. Bəs görəsən, komanda necə qurulub? Bu suala cavab tapmaq üçün klub prezidenti Emin Fərzullayevlə əlaqə saxladıq:

"Komanda Mamusta kəndində yaranıb. Baş məşqçimiz də Fuad Hüseynovdu. Qonşu rayonlardan da bizə müraciət edənlər var. Qapımız hər kəs üçün açıqdı. Kluba hamı maliyyə ayıra bilər (gülür). Çoxlu iş görürük. Gələcəkdə daha ətraflı məlumat vermək imkanımız olacaq. Həqiqətən də mətbuatla işləmək bizə də xoşdu".


CAVİD ƏLİYEV