Başından aldığı zərbə ilə həyatını itirdi...

25.11.2026 09:27
Dünya futbolu
Argentina futbolunda faciəvi hadisə baş verib.

"Football-plus.az" xəbər verir ki, yeniyetmələr arasında keçirilən matç zamanı xəsarət alan oyunçu xəstəxanada ölüb.

“Eseysa”nın 18 yaşlı futbolçusu Abel Nunyes noyabrın 12-də “Deportivo Munis”lə keçirilən oyunda başından aldığı zərbədən sonra koma vəziyyətinə düşüb. Argentina Futbol Assosiasiyasının təşkil etdiyi turnirin 5-ci divizionunun 6-cı turu çərçivəsində keçirilən matçın 20-ci dəqiqəsində rəqib müdafiəçinin uzaqlaşdırdığı top Abelin başına dəyib. O, zərbədən sonra huşunu itirərək yerə yıxılıb. Oyunçuya meydanda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Müayinələr zamanı onda kəllə sümüyünün sınığı və kəllədaxili qanaxma aşkarlanıb. Bəxtsiz futbolçu təcili neyrocərrahiyyə əməliyyatı keçirib, lakin üç gün reanimasiyada qaldıqdan sonra noyabrın 15-də vəfat edib.

Nunyes “Eseysa”da bu ilin əvvəlindən çıxış edirdi...