Ferstappenin baş mexaniki getdi...

24.11.2026 23:55
İdman
Maks Ferstappenin “Red Bull”dakı baş mexaniki Con Koller adı çəkilən “Formula-1” komandasından ayrıldığını elan edib. Mütəxəssis dözümlülük yarışları üzrə dünya çempionatında mübarizə aparan “Ford”un layihəsində karyerasını davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, Koller sosial şəbəkə hesabında qərarını belə anladıb:

“Nəhayət, “Formula-1” ilə vidalaşmağın vaxtı çatdı. 10 il ərzində dörd pilotla çalışdım, Mühəndislər kubokunda iki çempionluq qazandıq... Maşınlar, olduğum yerlər, bütün bu qlamur atmosferi həyatımda çatmayacaq. Ancaq hər şeydən çox birgə çalışdığım adamlar üçün darıxacam. Ömürlük dostlar qazandım, heç vaxt unutmayacağım hadisələr yaşadım. İndi isə həyatımda daha bir cəlbedici mərhələ başlayır – “Ford” yüksək səviyyəli dözümlülük yarışlarına qayıdır. Odu ki, irəlidə məni çoxlu maraqlı hadisələr gözləyir”.

Xatırladaq ki, Koller 2018-ci ildə “Red Bull”a sürətlər qutusu üzrə mütəxəssis kimi qoşulmuşdu. 2022-ci ilin yanvarında onu yarış komandasının 2-ci mexaniki səviyyəsinə qaldırdılar, ardından Ferstappenin qarajında baş mexanik vəzifəsini tutdu.