Devid Bekhem ABŞ-də xüsusi dəyərə layiq bilinib. İngiltərə yığmasının sabiq futbolçusu ABŞ Futbolunun Şöhrət Zalına daxil ediləcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. Bekhem Şöhrət Zalına 2027-ci ildə qəbul olunacaq. Mərasim gələn il aprelin 16-da Texas ştatının Dallas şəhərindəki “Toyota” stadionunda keçiriləcək.
Qeyd edək ki, Bekhem 2007-12-ci illərdə “Los Anceles Qalaksi”də çıxış edib. Bu müddətdə iki dəfə icarə əsasında “Milan”ın formasını geyən keçmiş yarımmüdafiəçi Kaliforniya klubu ilə iki dəfə MLS-in çempionu və eyni sayda müntəzəm mövsümün qalibi olub.
Əlavə edək ki, “İnter Mayami”nin həmsahibi olan Bekhemlə yanaşı, Cozi Altidor, Lotar Osyaner, Culi Bet Erts və Meqan Rapino da 2027-ci ildə Şöhrət Zalına daxil ediləcəklər.
Bekhem üçün xüsusi dəyər
Dünya futbolu





