AFFA-dan "Xan Lənkəran"a daha bir zərbə - AÇIQLAMA

29.04.2022 12:54 1 986
Ölkə futbolu / Manşet
Böyük maraqla izlənilən Region Liqasında sona yaxınlaşırıq. Həvəskar çempinatın yarımfinalçıları artıq bəllidi.

Yarımfinalda “Araz Naxçıvan” “Xan Lənkəranla” gücünü sınayacaq, digər görüşdə isə “Cəbrayıl”la “Qusar” üz-üzə gələcək.

“Xan Lənkəran” rəhbərliyi növbəti mövsümdən 1-ci divizonda çıxış etmək üçün AFFA rəsmiləri ilə danışıqlar aparıb. Cənub təmsilçisi həmçinin Madi Nfa Tiekoro Tounkara ilə razılıq əldə etsə də, onun Region Liqasında oynamaq ehtimalının olmadığı deyilir. Buna səbəb kimi isə həvəskar liqada tətbiq olunan qaydadı. Əsasnaməyə görə əcnəbi futbolçular sözügedən turnirdə çıxış edə bilməz. Bu məsələni dəqiqləşdirmək üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev ilə əlaqə saxladıq:

"Xan Lənkəran"ın 1-ci divizionda iştirakı bizim səlahiyyətimizdə olan məsələ deyil. Biz, sadəcə, Region Liqasının təşkili ilə məşğuluq... Təbii ki, Region Liqasında çıxış edən bütün klublar Əsasnamə ilə tanış olub və hər birinin də bu məsələ ilə bağlı məlumatı var. Onlar bilirlər ki, əcnəbi futbolçular Region Liqasında çıxış edə bilməz. Buna icazə yoxdu. "Xan Lənkəran"ın legioner transfer etməsiylə bağlı da bizdə məlumat yoxdu”.


SƏNƏM FƏRHADOVA