Qripə yoluxduğu üçün oyunöncəsi son məşqdə iştirak etməyən fransızların əsas ulduzu Kilian Mbappenin durumu qeyri-müəyyəndi. Fransanın yeni baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında bunları deyib:
''Türkiyə çox yaxşı komandadı və son dünya çempionatında da iştirak ediblər. Onların mübarizəni qrup mərhələsindəcə dayandırmaları gözlənilməz oldu. Daha yaxşı nəticəyə layiq idilər. Bilirəm ki, bizi çox çətin oyun gözləyir və bizə ciddi problemlər yaradacaqlar. Mbappe? Son məşqdə iştirak etməsə də, onun bir təhər oynayacağına ümid edirəm. Bütün diqqətlərin mənim üzərimə yönəlməsi məni narahat edirmi? Xeyr, narahat etmir və bunu normal qarşılayıram. Amma insanlar bunu anlamalıdı ki, mən meydana çıxmıram. Mən artıq baş məşqçiyəm. Oyunçuları yönləndirirəm və onlar da nə etməli olduqlarını bilirlər. Hər kəs meydandakı işini bilir. Arda Gülər çox bəyəndiyim əla futbolçudu. ''Real''da oynadığı üçün sevinirəm''.






