"Football-plus.az" xəbər verir ki, bu oyun Millətlər Liqası çərçivəsində sentyabrın 25-də Kocaelidə baş tutacaq. Çempionlar Liqasının üçqat qalibi olan Zidan bu dəfə yığmanın başında adından söz etdirməyə çalışacaq. 54 yaşlı təcrübəli mütəxəssis yığmanın başında keçirdiyi ilk mətbuat konfransında Türkiyə ilə oyun haqda danışarkən bunları deyib:
''Bilirəm ki, insanları əsasən AÇ-2028 və DÇ-2030-dakı nəticələrimiz maraqlandıracaq. Amma mən rəqabəti sevən insanam. Bütün oyunlarda qalib gəlmək istəyirəm. Yeganə hədəfim budu və bunu da komandaya aşılamaq istəyirəm. Ona görə də Türkiyə ilə oyunda bizi qələbədən başqa heç bir nəticə qane edə bilməz. Önümdə 4 il var və bu müddətdə Fransaya böyük uğurlar qazandırmaq üçün əlimdən gələni edəcəm. Uzun illərdi ki, bu anı gözləyirdim. Bu, arzularımın həyata keçdiyi bir andı. Fransa yığmasının başında yer almaq həyatımda və karyeramda başıma gələn ən mühüm hadisədi''.






