Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Brüsseldə millimizlə sabah keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, gənc mütəxəssis matçla bağlı bunları deyib:
"Start heyəti ilə bağlı heç nə deməyəcəyəm. Amma bəzi dəyişikliklər edəcəm. Yeni ruh lazımdı. Azərbaycana qarşı bizi çox ciddi matç gözləyir. Onlar Avstriya ilə görüşdə qalib gəlməyə layiq idi və bu həftənin əvvəlində İsveçi 3:0 hesabı ilə məğlub etdi. Unutmayın ki, Bakıda da çətin anlar yaşadıq. İsveçə qalib gəlsəydik (1:1), artıq vəsiqə qazanacaqdıq. Biz bunu indi etməliyik. Meydança bəhanə olmayacaq. Təbii ki, meydança yaxşı vəziyyətdə olsa, futbolumuz daha da yaxşı görünər. Amma bu məni narahat etmir".