Fransa yığmasında Zinəddin Zidanın başçılıq etdiyi yeni məşqçilər korpusunun gətirdiyi ilk qadağa bəlli olub.
''RMC Sport'' kanalının yaydığı məlumata görə jurnalistlər və fotoqraflar bazar ertəsi futbolçuların Klerfonten bazasına ənənəvi gəlişini çəkə bilməyəcəklər. Bu qadağa üzündən mətbuat artıq son illərdə az qala şouya çevrilən tanınmış futbolçuların yığmanın bazasına gəlişini işıqlandıra bilməyəcəklər. Futbolçular sanki bir şounun parçası kimi hər dəfə yığmaya qeyri-adi geyimlərdə gələrək sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilirdilər. Xüsusilə ''Barselona''lı Jül Kunde öz geyimi ilə ən çox müzakirə olunanların başında gəlirdi.
Zidan və köməkçiləri komandanı medianın lazımsız diqqətindən mümkün qədər uzaq tutmaq istəyir. Bunun sayəsində futbolçular yeni məşqçilər korpusu ilə daha tez tanış ola və onların tələblərinə daha tez uyğunlaşa biləcəklər.
Bu addımın daimi xarakter daşıdığı, yoxsa yalnız ilk dəfə üçün tətbiq olunduğu bilinmir.
Qeyd edək ki, Fransa Zidanın başçılığı altında ilk oyununu sebtyabrın 25-də Millətlər Liqası çərçivəsində səfərdə Türkiyəyə qarşı keçirəcək.
Zidan Fransa yığmasında nəyi qadağan etdi?
Dünya futbolu





