Fransa yığmasının yeni baş məşqçisi Zinəddin Zidan sələfinin əksinə gedir.
"Football-plus.az" xəbər verir ki, o, komandanın sabiq çalışdırıcısı Didye Deşamın dövründə yığmaya çağırılmayan 9 futbolçunu geniş heyətə daxil etməyi planlaşdırır.
“Ekip” qəzetinin məlumatına görə, Zidanın siyahısına Lukas Da Kunha (Komo), Andy Diuf (İnter), Olivye Boskalyi (Brayton), Ceremi Jake (Liverpul), Pyer Qanyu, Mattie Yudol (hər ikisi “Lans”), Esteban Lepol (Renn), Pablo Paji (Paris) və Entso Le Fe (Sanderlend) daxil edilib.
Milli komanda Zidanın rəhbərliyi altında ilk oyununu sentyabrın 25-də keçiriləcək. Fransa Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda səfərdə Türkiyə ilə qarşılaşacaq.
Zidan sələfinin əksinə gedir
Dünya futbolu





