“Səbail”in Qubaya köçəcəyinin gözlənildiyini xəbər vermişdik. Klubun yeni rəhbərliyinin keçirdiyi təqdimat mərasimində komandanın adının dəyişdirilərək “Quba” olacağı və bölgəyə köçəcəyi açıqlanmışdı.
Daha sonra - sentyabrın 2-də bununla bağlı rəsmi açıqlama yayıldı, klubun adının dəyişdirilməsi və Qubaya köçürülməsi istiqamətində hüquqi proseslərin davam etdiyi deyildi.
Srağagün keçirilən “Baku Sportinq” - “Səbail” oyununu izləmək üçün arenaya yollandıq. Oyundan əvvəl “Səbail”in prezidenti Mirzə Bayrampurla görüşərək müsahibə almaq istədiyimizi bildirdik. Klub rəhbəri matçdan sonra suallarımızı cavablayacağını söyləsə də, həmin vaxt müsahibə verməkdən yayındı. Yaxşı əlamət deyil, Bayrampur cənabları!
Bununla belə, əldə etdiyimiz məlumata görə, “Səbail” azarkeşləri ilə klub rəhbərliyi arasında görüş keçirilib. Görüşdə tərəfdarlar komandanın oktyabra qədər Qubaya köçməsini gözlədiklərini bildiriblər. Azarkeşlərin mövqeyi belədi ki, “Səbail” oktyabra qədər Qubaya köçməsə, dəstəkdən məhrum ola bilər.
İSRAYIL XEYRULLAYEV
Paytaxt klubuna bölgəyə köçmək üçün vaxt verildi - prezident mətbuatdan niyə qaçdı?
Ölkə futbolu / Manşet






