"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı açıqlama

3.09.2026 12:22 4
Ölkə futbolu
“Səbail”in adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.

"Football-plus.az" xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb:

"Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcəyi bizim üçün böyük qürur və sevinc mənbəyidi. Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdı".