''Roma'' ''Fənərbaxça''lı Ceyden Oostervoldeni diqqət mərkəzində saxlamaqda davam edir.
İtaliya mənbələrinin yazdığına görə ''Roma'' zədə üzündən transferindən vaz keçdiyi niderlandlı futbolçudan tam olaraq əlini üzməyib. ''Canavarlar''ın idman direktoru Toni D'Amiko Oostervoldenin müalicə prosesini yaxından təqib edir. ''Roma''nın təcrübəli baş məşqçi Canpyero Qasperini universallığına görə 25 yaşlı futbolçunu çox bəyənir. Bu üzdən ''Roma''nın qış transfer dönəmində onu yenidən heyətinə qatmağa cəhd göstərməsi sürpriz olmayacaq.
İtaliya mətbuatının iddiasına görə Oostervolde həftəiçi Çempionlar Liqasında ''Fənərbaxça'' - ''Roma'' oyununu tribunadan təqib edərkən ''qarşıdakı aylarda ''Roma''ya dönəcəyimə ümid edirəm'' ifadəsini işlədib.
Xatırladaq ki, yay transfer dönəminin sonlarına yaxın Oostervolde İtaliyanın paytaxtına yollanmışdı. Hər kəs bu keçidin bitəcəyini düşündüyü vaxtda onun tibbi müayinəsinin nəticələri ''Roma'' tərəfindən bəyənilmədi. Oostervoldenin zədəli olduğu və əməliyyata ehtiyac duyduğu üzə çıxdı. Halbuki onun ilk öncə 2-3 həftəlik sıradan çıxdığı bildirilmişdi.
Futbolçu daha öncə də bir neçə dəfə ağır zədə aldığından ''Roma'' bu transferdən vaz keçdi. Niderlandlı İstanbula qayıtdıqdan bir neçə gün sonra əməliyyat olundu. Onun ən yaxşı halda dekabrda sıraya dönəcəyi gözlənilir.
''Roma'' ''Fənər''lidən əlini üzməyib
Dünya futbolu






