Niderlandlı müdafiəçi məcburi transfer maddəsi ilə birillik İtaliya nəhənginə icarəyə verilib. İtaliya mənbələrinin yazdığına görə, ''canavarlar'' icarə haqqı kimi 1 milyon avro, gələn yay isə daimi transferin qarşılığında 15 milyon avro ödəyəcəklər. Düzdü, məcburi transfer maddəsinin qüvvəyə minməsi üçün müəyyən şərt mövcuddu. Belə ki, Oostervolde 15 rəsmi oyunda ən azı bir hissə meydanda olmalıdı. 25 yaşlı futbolçu İstanbul nəhənginə 2023-ün yanvarında 6 milyon avro qarşılığında ''Parma''dan gəlmişdi.
3,5 il ərzində ''Fənər''də 112 rəsmi oyuna çıxaraq aktivinə 3 qol, 1 məhsuldar ötürmə yazan universal solaxay müdafiəçi Türkiyəni tərk etməmişdən öncə hava limanında ''A Spor'' kanalına bunları deyib:
''Ayrıldığım üçün üzgünəm. Təəssüf ki, rəhbərlik mənim ayrılmalı olduğuma qərar verdi. Klub mənimlə yollarını ayırdı. Əslində 1 il də qalmaq istəyirdim. Amma belə məsləhət bildilər. İndi karyeramda yeni bir səhifə açılır. Əlimə ''Roma'' kimi bir klubda oynamaq fürsəti düşüb. ''Fənərbaxça'' isə ümid edirəm ki, pley-offda ''Lion''u keçəcək və Çempionlar Liqasında yollarımız yenidən kəsişəcək. ''Fənər'' fanatlarını çox sevirəm. Komandanı sona qədər dəstəkləməkdə davam etsinlər''.






