Bu yay artıq Fred, Sidiki Şerif və Entoni Musaba kimi futbolçularla yollarını ayıran ''Fənərbaxça''da yaxın günlərdə daha bir ayrılıq yaşana bilər.
Türkiyə mənbələrinin yazdığına inansaq, ''Roma'' Ceyden Oostervolde üçün İstanbul nəhənginə rəsmi təklif irəli sürüb. Niderlandlı müdafiəçi özü də İtaliyaya can atır. O, vaxtilə ''Parma''da top qovduğundan İtaliya futbolunu yaxından tanıyır. ''Roma'' ilk mövsüm 25 yaşlı futbolçunu icarəyə
götürmək, gələn yay isə daimi əsasda transfer etmək istəyir. Bunun üçün italyanlar ''Fənər''ə ümumilikdə 20 milyon avro təklif ediblər. Klubu ilə 2028-ə qədər müqaviləsi olan Oostervolde hazırda zədəsini sağaltmaqla məşğuldu və 2 həftəyə sıraya dönəcək.
O, ÇL-in təsnifat mərhələsində ''Şturm''la ev oyununda zədələnərək bir aylığa sıradan çıxmışdı. 2023-ün yanvarından karyerasını Türkiyədə davam etdirən bu futbolçu 2024/25-də də ağır diz zədəsi üzündən təxminən 7 ay komandasına kömək edə bilməmişdi.
''Fənər''in müdafiəçisi İtaliyaya qayıda bilər
Dünya futbolu






