Vlahoviç cəza aldı, ''Beşiktaş'' etiraz etdi

11.09.2026 14:34 117
Dünya futbolu
''Beşiktaş''ın ulduzu Duşan Vlahoviç cəzadan qurtula bilməyib.

Serbiyalı forvardın ''Fənərbaxça'' ilə derbidə Milan Şkrinyara qarşı nalayiq jestinə görə Nizam-İntizam Komitəsinə sövq edildiyini xəbər vermişdik. Bu sövq Vlahoviçə 1 oyunluq cəza verilməsi ilə nəticələnib.

''Beşiktaş'' gözlənildiyi kimi dərhal bu qərardan apellyasiya verib. İstanbul nəhəngi Apellyasiya Komitəsinə Vlahoviçin izahatını da təqdim edib. Komitə gün ərzində etirazı dəyərləndirərək qərar çıxarmalıdı. ''Ağ-qaralar'' bu gün 5-ci turun açılış oyununda evdə debütant ''Ərzurumspor''la qarşılaşacaq.

Klubun apellyasiyası təmin edilsə, Vlahoviç bu günkü oyunda iştirak edə biləcək. Cəza qüvvədə qalsa, 26 yaşlı futbolçu bu günkü oyunu buraxmalı olacaq.