UEFA-nın ''Beşiktaş''a verdiyi cəza qüvvədə qaldı

11.07.2025 22:37 15
Dünya futbolu
Yeni mövsümə hazırlığını tam sürətlə davam etdirən və hazırda bütün diqqətini Orkun Kökçünün transferinə yönəldən ''Beşiktaş'' UEFA-dan gələn xəbərlə sarsılıb.

Məsələ burasındadı ki, ötən həftə UEFA-nın İstanbul nəhənginə cəza verdiyi məlum olmuşdu.

Belə ki, ''ağ-qaralar''da 1 dekabr 2023 - 30 noyabr 2024 aralığında olan heyətin büdcəsi icazə verilən məbləği aşdığı üçün kluba 900 min avro para cəzası verilmişdi. ''Qartal'' UEFA-nın cəzası ilə razılaşmayaraq bu qərardan apellyasiya vermişdi. Amma UEFA-nın Apellyasiya Komitəsi bu etirazı rədd edərək cəzanı qüvvədə saxlayıb. Bunu ''Beşiktaş'' özü ictimaiyyətə açıqlayıb.

Beləliklə, ''Beşiktaş'' UEFA-ya 900 min avro ödəməli olacaq.