Futbolçu azarkeşlə dalaşdı

7.09.2026 23:34 27
Dünya futbolu
Kristian Belik başına iş açıb.

"Football-plus.az" xəbər verir ki, “Kardiff”in müdafiəçisi İngiltərə Futbol Assosiasiyası tərəfindən araşdırmaya cəlb oluna bilər.

Hadisə çempionşipin “Portsmut”la oyunu zamanı baş verib. Belik “Kardiff”in 0:2 hesabı ilə məğlub olduğu matçın 70-ci dəqiqəsində topu götürmək üçün tribunaya yaxınlaşıb. Bu zaman gənc azarkeş topu onun başının üzərindən geri atıb. Buna əsəbiləşən polşalı futbolçu azarkeşin boynundan tutub. Fanat isə Kristianı itələyib və məlumata görə, onun üzünə zərbə endirib.

Hadisəyə görə oyun təxminən 3 dəqiqə dayandırılıb. Həmin vaxt artıq sarı vərəqəsi olan Belikə əlavə cəza verilməyib. Azarkeş isə stadiondan uzaqlaşdırılıb.