Tural Qurbanov Dortmund "Borussiya"sının oyununda

7.09.2026 18:30 198
Ölkə futbolu
FİFA hakimi Tural Qurbanov növbəti dəfə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Borusiya” (Dortmund, Almaniya) - “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.

Görüş sabah Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.