Kamal Umudluya UEFA-dan təyinat

22.07.2025 11:39 22
Ölkə futbolu
FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Umudlu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.