UEFA-dan Elçin Məsiyevə təyinat

3.09.2024 16:08 294
Ölkə futbolu
FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Hersoqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.