Elçin Məsiyevə UEFA-dan təyinat

21.10.2025 10:00 11
Ölkə futbolu
FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Avropa Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul