“Liverpul” onu alıb icarəyə verdi

6.09.2026 17:11 1
Dünya futbolu
“Liverpul” daha bir transfer reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu “Sent-Etyen”in oyunçusu Djilan N’Gessana sahib çıxıb. Tərəflər 18 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər. Djilan “Liverpul”a gələn ilin yanvarında qoşulacaq. Fransalı futbolçu cari mövsümün qalan hissəsini icarə əsasında “Brest”də keçirəcək.

N’Gessan “Sent-Etyen”in yetirməsidi. O, 2025-ci ilin yanvarında əsas komandada debüt edib və bu klubun heyətində 13 oyuna çıxaraq 1 qol vurub. Hücumçu 2025-ci ildə Fransanın U-20 yığmasının heyətində dünya çempionatında 7 matç keçirib. Yeniyetmə futbolçu ötən yay 17 yaşlı futbolçuların Avropa çempionatında 4 qola imza ataraq turnirin rəmzi komandasına düşüb.