“Liverpul”u yenə tərk etdi

23.08.2025 22:35 3
Dünya futbolu
“Liverpul” Lyuis Kuması icarəyə verib.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı futbolçu “Birmingem”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lyuis ötən mövsümü icarə əsasında “Stok Siti”də keçirib, bu komandada 49 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.