"Liverpul"da yeni müqavilə

14.08.2022 18:30 347
Dünya futbolu
“Liverpul” yarımmüdafiəçisi Harvi Elliotla yeni müqavilə bağlayıb.

19 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Amma Britaniya mətbuatı ingilis yarımmüdafiəçinin azı 2027-ci ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcəyini açıqlayıb. Elliot 2019-cu ildə “Fulhem”dən “Liverpul”a transfer olunub. O, bu klubun əsas komandasının heyətində 22 oyuna çıxıb, 1 qol vurub. “Liverpul” gənc vingeri 2020/21 mövsümündə “Blekbern”ə icarəyə də verib. O, bu komandanın da heyətində 42 matç keçirib, 7 qol vurub. Elliot İngiltərənin U-21 yığmasına da dəvət alır. “Liverpul” digər gənc yarımmüdafiəçisi Leyton Klarksonu da “Aberdin”ə icarəyə verib. 20 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi sözügedən komandada forma geyəcəyi açıqlanıb. İngiltərənin gənclərdən ibarət yığmasının üzvü ötən mövsümdə də “Blekbern”də icarədə olub. O, “Liverpul”un əsas komandasında cəmi 3 oyun keçirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul