“Liverpul”da yeni qapıçı

5.09.2026 21:47 1
Dünya futbolu
“Liverpul” ilə “Genk” arasında Lukka Bruqmansın transferi ilə bağlı aparılan danışıqlar sona çatıb.

"Football-plus.az" xəbər verir ki, tərəflər 18 yaşlı belçikalı qapıçının keçidi üzrə razılığa gəliblər. İnsayder Fabritsio Romanonun bildirdiyinə görə, transferin ümumi dəyəri təxminən 35 milyon avro olacaq. Bruqmans İngiltərə klubuna yalnız 2027-ci ilin yayında qoşulacaq.

Lukka ötən mövsüm bütün turnirlərdə 33 matç keçirib və 10 oyunda qapısını toxunulmaz saxlayıb. O, həm Belçika, həm də Niderland futbol məktəblərinin yetirməsidi. Qapıçı 2024-cü ildən “Genk”in əsas komandasında çıxış edir. “Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 4 milyon avro qiymətləndirir.