“Hələ çempionatdan əvvəl komandanın...” – Samir Ələkbərov darmadağından sonra

4.09.2026 23:45 14
Aktual / I liqa
Birinci liqada ilk turun ən gözlənilməz nəticəsi “Baku Sportinq”in evdə darmadağın olunması idi. Samir Ələkbərovun çalışdırdığı buzovnalılar “Karvan-Yevlax”dan üç cavabsız top buraxdı. Ötənlərin məşhur futbolçusu darmadağının səbəbləri haqda “Football-plus.az”a danışdı: “Qələbəni necə qəbullanmaq olursa, məğlubiyyəti də həzm etmək lazımdı. Rəqib qələbə qazandı, biz məğlub olduq. Hələ çempionatdan əvvəl komandanın 60-70 faiz hazır olduğunu demişdim. Bu matçda 70-ci dəqiqədən sonra artıq məğlubiyyət qaçılmaz idi. Rəqibimiz bu mövsüm elitaya iddialı dörd komandadan biridi. Nəticə belə alındı. Çalışacağıq ki, bu çatışmazlıqları aradan qaldıraq”.
İSRAYIL XEYRULLAYEV