“Cenoa” heyətinə yeni futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu Robinyo Junioru transfer edib. Genuya klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı vinger “Santos”dan icarəyə götürülüb. “Cenoa”nın mövsümün sonunda 5 milyon avro ödəyərək onu birdəfəlik transfer etmək hüququ var.
Qeyd edək ki, tam adı Robson de Souza Junior olan oyunçu “Real”ın və “Milan”ın sabiq hücumçusu Robinyonun oğludu.
Məşhur futbolçunun oğlu da İtaliyaya gəldi
Dünya futbolu






