Asiyadan İtaliyaya yollanır

15.01.2026 15:03 9
Dünya futbolu
“Əl-Nəssr” əsas qapıçısı ilə yolları ayırır.

"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, braziliyalı qolkiper Bento karyerasını İtaliyada davam etdirəcək. “Cenoa” onu icarə əsasında heyətinə qatacaq. İtaliya klubu mövsümün sonunda 9 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna sahib olacaq.

“Cenoa” A seriyasında zəif çıxış edir. 16 xalı olan komanda turnir cədvəlində 17-ci yeri tutur.