“Milan” heyətinə yeni futbolçu cəlb edib. Komandanı bir oyunçu tərk edib.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun rəsmi saytının məlumatına görə, “Real”dan 18 yaşlı müdafiəçi Alexandro Ximenes Sançes icarəyə götürülüb. Onunla müddəti 2023/24 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Sözləşmənin şərtinə əsasən, “Milan” mövsümün sonunda Alexandronu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, ötən mövsüm La Liqanın 7 oyununda iştirak edən Ximenes 2 məhsuldar ötürmə verib.
“Milan”ı tərk edən futbolçu isə Matteo Qabbyadı. 23 yaşlı müdafiəçi 2023/24 mövsümünü icarə əsasında “Vilyarreal”da keçirəcək. Qabbiya “Milan”ın yetirməsidi. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədər nəzərdə tutulub. Xatırladaq ki, italiyalı futbolçu ötən mövsüm A seriyasında 12 oyun keçirib.