Şotlandiya premyer-liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, yayda "Qarabağ"dan "Seltik"ə transfer olunan Kamilo Duran ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Kolumbiyalı forvard avqustda çempionatda meydana çıxdığı 3 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Duran "Qarabağ"dan "Seltik"ə 5,5 milyon avro qarşılığında transfer olunub. 24 yaşlı hücumçu Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.
Duran, bir gün dinc dur da - avqustda ən yaxşı odu
Dünya futbolu






