“Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi"

10.07.2026 12:50 16
Dünya futbolu
Məlum olduğu kimi, “Qarabağ”ın hücumçusu Kamilo Duran karyerasını Şotlandiyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, “Seltik” 24 yaşlı kolumbiyalı futbolçunun transferini rəsmən açıqlayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.

Şotlandiya çempionları keçid üçün ödənilən məbləği açıqlanmayıb. Lakin qeyri-rəsmi məlumata görə, bu transferə görə “Seltik” “Qarabağ”a 5,5 milyon funt (6,4 milyon avro) təzminat ödəyəcək. Keçidi ilə bağlı “Seltik”in mətbuat xidmətinə danışan Kamilo Duran deyib:

“Çempionlar Liqasında oynamaq gerçəkləşən arzu idi. Uşaqlıqdan belə turnirlərdə çıxış etməyi xəyal edirsən. Orda qol vurmaq inanılmaz idi və mən bunu burada da davam etdirmək istəyirəm. Hər oyunda maksimum gücümlə çıxış edirəm, çox çalışıram və ümid edirəm ki, qollar gələcək. “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi. Uşaqlıqdan millidə çıxış etməyi arzulamışam və ümid edirəm ki, burda uğurlu çıxış edərək bir gün bu arzuma da çatacam”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul