Bəxtsiz Duran! – bu dəfə ÇL-ə kənardan baxacaq

26.08.2026 09:31 5
Aktual / Çempionlar Liqası
LASK – “Seltik” oyununa baxanlar bir komandanın necə bəxtsiz şəkildə Çempionlar Liqası ilə vidalaşmasına dair əyani təcrübə gördü. Evdə avstriyalıların qapısından 3 cavabsız keçirən Şotlandiya çempionu dünənki cavab görüşündə 21-ci dəqiqədə hesabı açdı. Amma sonra nələr oldu, nələr... Kamilo Duran və komanda yoldaşları sanki qorxulu yuxu görürdü. İlk yarıda hesabı bərabərləşdirən LASK 2-ci hissədə sonuncusu 90-cı dəqiqədə olmaqla daha üç qol vurdu – 4:1. Belədə əlavə vaxta ehtiyac yarandı. Ruhdan düşən “Seltik” 109-cu dəqiqədə qol buraxmaqla ÇL-dən getdi və Avropa Liqasının əsas mərhələsində oynayacaq.
“Seltik”in kolumbiyalı sağ cinah vingeri Duran ilk oyunda iki gözəl qol vursa da, bu dəfə heç nə ilə yadda qalmadı. Beləliklə, “Qarabağ”ın ötənilki uğurlarında müstəsna rol oynayan kolumbiyalı ulduz qitənin ən nüfuzlu klub turnirinin oyunlarını kənardan izləyəcək.
ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul