Kamilo Duran rəsmən “Seltik”də

10.07.2026 12:20 14
Ölkə futbolu
“Qarabağ” futbolçusu Kamilo Duranın Şotlandiya “Seltik”inə keçidi rəsmiləşib.

"Football-plus.az" Ağdam təmsilçisinə istinadla xəbər verir ki, futbolçunun transferi ilə bağlı “Seltik”in təklifi və kolumbiyalı hücumçunun istəyi nəzərə alınaraq müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. “Seltik”in yaydığı açıqlamada isə bildirilib ki, Kamilo Duran ilə 5 illik müqavilə imzalanıb.

2025-ci ilin yayından “Qarabağ”ın formasını geyən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul