İkardi heç kimə lazım olmadı, bekardı...

4.09.2026 17:21 36
Dünya futbolu
Avropanın əksər ölkələrində transfer ''pəncərəsi'' artıq bağlanıb. Amma Mauro İkardi hələ də klubsuzdu.

''Qalatasaray''da keçirdiyi yaddaqalan dönəmin ardından maaşının azaldılmasına razı olmayan və yeni müqaviləyə imza atmayan tanınmış futbolçunun gələcək taleyi maraq doğurur. 2024/25-in gedişində yaşadığı ağır zədədən sonra toparlana bilməyən, Viktor Osimhenin kölgəsində qalan, eləcə də şəxsi həyatında ciddi problemlər yaşayaraq tamamilə gözdən düşən İkardinin 33 yaşında özünə klub tapa bilməməsi onu göstərir ki, ''Qalatasaray'' düzgün addım atdı.

Bu futbolçuya artıq Avropada heç bir maraq qalmayıb. Zaman göstərdi ki, ''Qalatasaray''ın illik 5 milyon avroluq təklifini qəbul etməməklə itirən İkardi özü oldu. Meneceri hər nə qədər hər fürsətdəcə ''doğru bir layihə gözləyirik'' desə də, fakt budu ki, İkardi artıq heç kimə lazım deyil. O ən yaxşı halda karyerasını Cənubi Amerikada, Səudiyyə Ərəbistanında və ya Meksikada davam etdirəcək.

Argentinalıdan ümumiyyətlə, uzun müddətdi, xəbər-ətər yoxdu. ''Qalatasaray''ın vida oyunu ilə bağlı təklifini geri çevirən məşhur hücumçu indiyə qədər də ''sarı-qırmızılar''la bağlı heç bir vida paylaşımı etməyib.

Bu arada sosial şəbəkələrdə yayılan iddialara görə Okan Buruk İkardidən öz köməkçisi olmağı tələb edib, yəni klubun məşqçilər korpusuna dəvət edib.