Daha bir futbolçu ''Fənərbaxça''dan debütanta yollandı

4.09.2026 16:29 4
Dünya futbolu
''Fənərbaxça''da daha bir ayrılıq rəsmiləşmək üzrədi. Çağlar Söyüncünün yeni klubu demək olar, bəllidi.

Türkiyə mətbuatının yazdığına inansaq, təcrübəli müdafiəçi böyük ehtimalla karyerasını superliqanın debütantı ''Çorum''da davam etdirəcək. Klublar arasında bütün prinsipial məsələlərdə anlaşma əldə olunub. Günün sonuna qədər hər iki klubun bu transferi rəsmən açıqlayacağı gözlənilir. Transferin detalları barədə məlumat yoxdu.

Çağların ayrılacağı ötən həftədən bəlli idi. Bunu klub rəsmisi Cihan Kamer açıqlamışdı. Daha öncə ''Frayburq'', ''Lester'' və ''Atletiko''da çıxış etmiş 30 yaşlı futbolçu 2024-ün yanvarından ''Fənər''in uğurları üçün tər tökürdü.

Ümumilikdə onun ümidləri doğrultduğunu söyləmək çətindi. Ötən mövsüm cəmi 19 oyuna çıxa bilən Çağlar baş məşqçi İsmayıl Kartalın yeni mövsüm üçün planlarına daxil deyildi. Yeri gəlmişkən, Söyüncü bu yay ''Fənər''dən ''Çorum''a yollanan ikinci futbolçudu. Daha öncə Cengiz Ündər ''sarı-lacivərdlilər''lə müqaviləni qarşılıqlı şəkildə ləğv edərək debütantla müqavilə imzalamışdı.

''Altınordu''nun yetirməsi olan Çağlarla Cengiz beləcə yenidən komanda yoldaşına çevriləcəklər.