''Fənərbaxça'' 15 milyon avroya aldığı futbolçunu havayı buraxdı!

29.08.2026 18:00 10
Dünya futbolu
''Fənərbaxça'' baş məşqçi İsmayıl Kartalın planlarına daxil olmayan daha bir futbolçu ilə yollarını ayırıb. Söhbət Cengiz Ündərdən gedir.

Təcrübəli futbolçu karyerasını superliqanın debütantı ''Çorum''da davam etdirəcək. Özü də İstanbul nəhəngi bu vingeri tamamilə pulsuz şəkildə buraxmağa razı olaraq onunla müqaviləni qarşılıqlı şəkildə ləğv edib. Halbuki Cengiz 2023-də nə az, nə çox - düz 15 milyon avroya ''Marsel''dən böyük ümidlərlə transfer olunmuşdu. Ancaq Türkiyəyə gəldikdən sonra onun karyerasında ciddi eniş başladı.

Təzyiqin və gözləntilərin altında itib-batan Ündər ilk mövsümdə 43 rəsmi oyuna çıxaraq 9 qol, 3 məhsuldar ötürmə ilə fərqləndi. Sonrakı mövsümlərdə isə heç nə ilə yadda qalmadı. 29 yaşlı futbolçu 2025/26-nın ikinci dövrəsini ''Los Anceles''də, ötən mövsümü isə ''Beşiktaş''da icarədə keçirdi. Cengiz son illərdə Türkiyə yığmasına da dəvət almır.

Qeyd edək ki, ''Altınordu''nun yetirməsi olan bu futbolçu karyerasının əvvəllərində ''İstanbul BŞ'', ''Roma'' və ''Lester''də çıxış etmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul