Bəs yeni məşqçi dueti komandanı düşdüyü çətin vəziyyətdən çıxara biləcəkmi? “Qəbələ” cari mövsümdə ilk qələbəsini qazana biləcəkmi?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Qəbələ”nin əsas fanklubu “Red Black Army”nin rəhbəri Cavid Şərifli ilə əlaqə saxlayıb:
“İnşallah, uğurlu olar. Qələbə qazanacağımıza ümid edirəm və inanıram. Adı çəkilən məşqçilərin heç biri baş məşqçi olmayıb. Onların nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Düşünürəm ki, komanda yeni baş məşqçi tapılana qədər bu mütəxəssislərə tapşırılıb. Bu səbəbdən onların bu işi uzun müddət görəcəyinə inanmıram”.
İSRAYIL XEYRULLAYEV






