“Günahın böyük faizini məşqçidə görürəm” - “Red-Black Army”nin rəhbəri

24.08.2026 17:56 15
Ölkə futbolu / Aktual
“Qəbələ” ikinci turda da uduzdu – bu dəfə 22 illik fasilədən sonra elitada çıxış edən “Şəfa”. Yay fasiləsində heyətinə yeni futbolçular qatan, bir çox yoxlama görüşü keçirən bölgə təmsilçisinin uğursuz çıxışı azarkeşlərin narazılığına səbəb olub.

Bəs “Qəbələ” fanatlarının fikrincə, komandaya nə olub? Məğlubiyyətlərin səbəbkarı kimdi - klub rəhbərliyi, baş məşqçi, yoxsa futbolçular?

“Football-plus.az” olaraq, bu suala cavab tapmaq üçün “Red-Black Army” fanklubunun rəhbəri Cavad Şərifli ilə əlaqə saxladıq:

“Səbəbləri bir çox amildə görürük. Yeni futbolçular gəlir, köhnələr gedir, amma dəyişən heç nə yoxdu. Mən şəxsən məşqçidə də günah görürəm. Komandada sanki nizam-intizam, istək yoxdu. Nəsə dəyişən bir şey yoxdu. Yeni futbolçular gəlir, amma yenə eyni vəziyyət davam edir, yenə qol vura bilmirik. Yenə bərbad oyun göstəririk, azarkeşləri məyus edirik. Mən günahın böyük faizini məşqçidə görürəm. Müəyyən faizini isə futbolçuların hazır olmamasında”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul